Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti Milli Qvardiya "2023-cü ilin tələbatına uyğun olaraq müxtəlif hərbi geyimlərin satın alınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Baku Textile Company" MMC seçilib.
Qalib şirkətlə 237 942 manat məbləğində müqavilə imzalanıb.
"Baku Textile Company" MMC daha öncə də Milli Qvardiyanın 259 979 manat dəyərindəki "Hərbi geyimlərin satın alınması" tenderinin qalibi seçilib (23.07.2022).