“Azərmaş” MMC “Atəşgah Həyat” ASC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən (sığorta) əmələ gələn öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.
Qeyd edək ki, “Azərmaş” 6 avqust 2016-ci il tarixində Azərbaycanda yaradılmış avtomobil istehsalının təşkili üzrə müəssisədir.