İş axtaranlar üçün şad xəbər, proqnozlara əsasən dünya üzrə kadr (işçi) tələbatı ildə 19% sürətlə artacaq. Bu isə o deməkdir ki, həm ixtisassız işçilər, həm də dünyada sayı az olan mütəxəssislərin iş tapmaq şansı var. Pərakəndə ticarət, səhiyyə və texnologiyalar sahələrinin sürətli inkişafı, bu sahələrdə yeni ixtisaslar və onlar üzrə mütəxəssislərə tələbat yaradır.
Tələb olunacaq yeni peşələrdən 5-ni diqqətinizə çatdırırıq:
ELƏCƏ DƏ BAX: Aktrisa biznesə başladı – EŞŞƏK PENDİRİ SATACAQ
Radioaktiv əczaçılıq üzrə mütəxəssis
Bu vəzifəni ancaq radiokativ tibb sahəsi üzrə aidiyyatı təhsil almış, yüksək ixtisaslı bir həkim icra edə bilər. Belə bir mütəxəssisə ankoloji xəstəliklərin müalicəsi üçün zəruri olan tomoqrafiya, radionuklid əczaçılıq və şüa (radiasiya) terapiyası sahələrində böyük tələbat olacaq.
Tibbi avadanlığın təmiri üzrə usta
Bu və ya digər xəstəni müalicə edən həkimlər, müasir texnologiyalar vasitəsilə müalicə prossesini təmin edən tibb işçiləri ordunun görünən tərəfidir. Mürəkkəb biotibbi avadanlıqların təmiri və onların hər zaman işlək vəziyyətdə olmasına nəzarət edə biləcək ustalar isə pərdə arxasında qalırlar, lakin onlara da tələbat həmişə var. Xəstəxanalardakı çarpayılar, elektrik təkərli kürsülər, mürəkkəb diaqnostik sistemlər və digər həyatı vacib avadanlıqlar zəruri ustalarsız tez bir zamanda sıradan çıxacaq.
Risklərin idarəolunması üzrə mütəxəssis
Müasir cəmiyyətimizdə informasiya təhlükəsizliyi hər bir şirkətin büdcəsində birinci yerdə durur. Şirkətin həssas hissələrini qorumaq və qiymətli informasiyanın oğurlanmasının qarşısını almaq təhlükəsizlik üzrə mütəxəssisin məsuliyyətidir. O, mövcud riskləri qiymətləndirir və ehtiyyat tədbirləri görür. Bu vəzifəni aidiyyatı sahə üzrə ixtisasartırma keçmiş İKT mütəxəssisləri icra edə bilər.
Sağlamlıq (Fayda) üzrə Konsultant
Komanda işi və şəxsi yanaşma bacarığı olan məşqçi hələ də böyük tələbatı olan xidmətlər sırasındadır. Yaxın gələcəkdə əmək bazarında yeni bir vəzifə yaranacaq və bu vəzifə öz sahəsi üzrə yeni mütəxəssislər tələb edəcək. Bu Sağlamlıq (Fayda) – Konsultantıdır. Bu vəzifəni icra edənlər işçilərin şəxsi sağlamlıqlarını qiymətləndirəcək və onların hər birinə fərdi sağlamlıq strategiyası təqdim edəcəklər.
Şirkətdaxili psixoloq
Şirkətdaxili psixologiya HR menecerlərin səlahiyyətlərinə daxildir, amma bu onların bir başa icra etməli olduqları iş deyil. Şirkətə şirkətdaxili psixoloq faydalı iş əmsalını və işçi məmnuniyyətini artırmaq, eləcə də işçilərə yeni bacarıqların öyrədilməsi üçün lazımdır. Bu əməkdaş işçi heyətinin mənəvi, eyni zamanda zehni sağlamlıq və təhlükəsizlik sahələri üzrə bir sıra proqramlara rəhbərlik edir.
day.az
Yüksək tələbat olan - 5 YENİ PEŞƏ
19:21
14 Noy 2018