ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb.
FED.az-ın TASS agentliyinə istinadın verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.
ELƏCƏ DƏ BAX: “Brexit” düyünə düşdü – PARLAMENTDƏN GERİ ÇƏKDİ
S. Sanders deyib ki, ABŞ qoşunlarının Suriyadan çıxarılmasına başlanıb: “Bu kampaniyanın sonrakı mərhələsinə keçirik”.
Qeyd edək ki, bundan öncə “Reuters” agentliyi ABŞ-ın müttəfiqlərinə Suriyanın şimal-şərqindəki hərbi qüvvələrini çıxaracağı ilə bağlı xəbərdarlıq etdiyi barədə məlumat yayıb. Agentlik bildirib ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bundan sonra ABŞ-ın Suriyadakı hərbi qüvvələrini çıxaracağı barədə informasiya yayılıb.
Xatırladaq ki, Türkiyə ABŞ-dan terrorçu PKK/YPG-PYD qruplaşmasına dəstək verməyi dayandırmağı və Fərat çayının şərqindən onların çıxarılmasını tələb edir.
Suriyadan qoşunlarını çıxarır - GÖZLƏNİLMƏZ ADDIM
20:49
19 Dek 2018