Avropa İttifaqı (Aİ) Komissiyası "Nike" qrupuna aid şirkətlərə tətbiq olunan vergi öhdəlikləri ilə bağlı rəsmi təhlillərə başlanıldığını bəyan edib.
FED.az-ın məlumatına görə, Komssiyanın yaydığı açıqlamada təhlillərin aparılmasına səbəb kimi tətbiq edilən şərtlərin "Nike" üçün aşağı vergi ödəmək imkanı yaratdığı və rəqabətə ziyan vuran imtiyazlar verdiyi ilə bağlı narahatlıqların yaranması göstərilib.
ELƏCƏ DƏ BAX: Dünyanın ən bahalı şirkəti – MÜƏYYƏNLƏŞDİ
Aİ-yə üzv ölkələrdə vergi tənzimləmələrinin heç bir şirkətə əlavə üstünlük verməməsi və sektordakı rəqabəti pozmaması tələb olunur. Tənzimləmələrin qanunlara uyğun olub-olmadığının yoxlanılması isə Aİ Komissiyasının səlahiyyətinə aiddir.
Qeyd edək ki, “Nike” idman geyimləri istehsal edən məşhur ABŞ şirkətidir.
Məşhur şirkət nəzarətə götürüldü - SƏBƏB
20:44
11 Yan 2019