“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev yerli bankların manatın devalvasiyasından əvvəl olduğu kimi yenidən iri məbləğdə nağd pul kreditləri verməsinə münasibət bildirib.
Eləcə də bax: Azərbaycanda 1 il ərzində 1 milyona yaxın yeni kredit hesabı - AÇILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, sədr deyib ki, vətəndaşlara təklif olunan kreditlər onların rəsmi gəlirlərinə uyğundur.
“Devalvasiyadan əvvəl banklar əsasən, ABŞ dolları ilə böyük məbləğdə istehlak kreditləri verirdi. Daha sonra tənzimləyici tədbirlər görüldü və bu gün xarici valyutada gəliri olmayan şəxslərə dollarla nağd pul krediti verilməsi qadağandır. Həmçinin banklar manatla da böyük məbləğdə kreditlər vermirlər. Əgər sizdə belə bir fakt varsa, zəhmət olmasa bizə bildirin. Çünki bu gün DTI göstəricisi (borcalanın aylıq borc yükünün onun gəlirlərinə nisbəti) fəaliyyətdədir. Heç bir bank borcalanın rəsmi gəlirlərinə uyğun olmayan kredit verə bilməz, əgər verirsə deməli bu, bankın maliyyə göstəricilərinə ciddi təsir edə bilər. Bu məsələr ciddi requlyativ tədbirlər çərçivəsində tənzimlənir, ona görə də dediyim hallara gətirib çıxaracaq səbəb yoxdur”, - deyə o, qeyd edib.