Azərbaycan Mərkəzi Bankı biznes kreditləri portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsü barədə məlumatları açıqlayıb.
SİF: Kreditlərin sahibkarlıq subyektləri üzrə bölgüsündə mikro sahibkarların payı 97,1 təşkil edib
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 31 iyul 2024-cü il tarixinə olan məlumata görə, banklar tərəfindən verilmiş 13 milyard 910,1 milyon manatlıq cəmi biznes kreditlərinin 7 milyard 886,1 milyon manatı və ya 56,7%-i iri sahibkarlıq subyektərinə verilib.
Cəmi biznes kreditləri portfelinin 9 milyard 621,8 milyon manatı və ya 69,2%-i iri və orta sahibkarlıq subyektlərinin, o cümlədən 1 milyard 735,7 milyon manatı və ya 12,5%-i orta sahibkarlıq subyektlərinin payına düşür.
Həmçinin biznes kreditləri portfelinin 1 milyard 515,9 milyon manatı və ya 10,9%-i kiçik sahibkarlıq subyektlərinin, 2 milyard 772,4 milyon manatı və ya 19,9%-i mikro sahibkarlıq subyektlərinin payına düşüb.