Azərbaycanda valyuta mübadiləsi xidməti göstərən şirkətlərdən daha biri - "Zuhur" MMC Azərbaycan Mərkəzi Bankının (AMB) bu fəaliyyət növü üçün qoyduğu kapital tələbini yerinə yetirib.
AMB Bakıda daha bir valyuta mübadiləsi məntəqəsinə - LİSENZİYA VERİB
FED.az xəbər verir ki, şirkət nizamnamə kapitalını kəskin artıraraq 100 manatdan 600 100 manata çatdırıb.
Bu məbləğ "Zuhur"a Bakıda bir valyuta dəyişmə məntəqəsi ilə fəaliyyət göstərməyə imkan verir. Paytaxtda 2-ci məntəqəni açmaq üçün isə şirkət kapitalını 50 % artıraraq 900 min manata çatdırmalıdır.
"Zuhur" 2021-ci ildə yaradılıb.
Bundan əvvəl "Meta-Kapital", "Delta Capital" və "Eliko" MMC-lər nizamnamə kapitalını AMB-nin tələbinə uyğunlaşdırıb. Hazırda yalnız "Bakı Mərkəzi Valyuta" MMC-nin kapitalı müəyyən edilmiş tələbə uyğun deyil. (Report)