Ukraynanın bank sistemi elektrik enerjisinin tam kəsilməsi ssenarisinə hazırlaşır.
FED.az xəbər verir ki, Ukrayna Milli Bankındakı mənbələrə istinadən xəbər verilir ki, bir neçə gündən bir aya qədər müddət ərzində Ukraynanın şəhər və rayonlarının elektrik enerjisi ilə sabit təchizatının təmin olunmadığı ssenarilər nəzərdən keçirilir.
Məlumatlandırılmış maliyyə qurumları, məlumat emalı mərkəzlərinin fəaliyyətini təmin etmək üçün dizel generatorlar və yanacaq almaq məcburiyyətindədirlər.
Rusiya Federasiyası Krım körpüsündəki hadisəni Ukrayna xüsusi xidmət orqanlarının "terror aktı" elan edərək, Ukrayna infrastrukturuna hücumlara başlayıb. Bütün ölkə ərazisindəki energetika, müdafiə sənayesi, hərbi idarəetmə və rabitə obyektlərinə zərbələr endirilir. O vaxtdan bəri hər gün Ukrayna vilayətlərində, bəzən bütün ölkə ərazisində hava xəbərdarlığı verilir. Noyabrın 1-də Vladimir Zelenski bildirib ki, Ukraynada enerji infrastrukturunun təxminən 40%-i zədələnib və bu, elektrik enerjisinin kütləvi kəsilməsinə səbəb olub. (Marja)