Türkiyədə mart ayında illik inflyasiya 38.10% təşkil edib. Xatırladaq ki, fevral ayı üzrə bu göstərici 39,05% idi.
Ərəblər Türklərin iri bankını aldılar - DETALLAR
FED.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Statistika İnstitutu (TurkStat) yayıb.
Aylıq müqayisədə istehlak qiymətləri 2,46% artıb. Dekabr 2024-dən bəri ümumi qiymət indeksi 10,06%, 12 aylıq orta inflyasiya isə 51,26%-ə yüksəlib.
Ən Çox Bahalaşan Kateqoriyalar
İllik inflyasiyanın əsas sürətləndiriciləri mənzil, ərzaq və nəqliyyat sektorları olub:
- 
	Mənzil xərcləri 68,63% artıb 
- 
	Ərzaq və alkoqolsuz içkilərin qiyməti 37,12% bahalaşıb 
- 
	Nəqliyyat xərcləri 21,59% yüksəlib 
Bu sektorlardakı bahalaşma illik inflyasiyanın əsas səbəbləri kimi çıxış edib. Mənzil qiymətləri 9,47%, ərzaq 9,51%, nəqliyyat isə 3,65%-lik töhfə verib.
Aylıq müqayisədə isə:
- 
	Ərzaq qiymətləri 4,94% 
- 
	Mənzil xərcləri 2,10% 
- 
	Nəqliyyat xərcləri 0,25% artıb. 
TurkStat-ın məlumatına görə, 143 kateqoriyadan 113-də qiymətlər artıb, yalnız 25 kateqoriyada ucuzlaşma, 5 kateqoriyada isə dəyişiklik olmayıb.
Artan qiymətlər xüsusilə Türkiyə vətəndaşlarının yaşayış xərclərini daha da çətinləşdirir. Ərzaq, mənzil və nəqliyyat kimi əsas ehtiyacların bahalaşması ailə büdcələrinə böyük təsir göstərir.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








