Türkiyə banklarında lirə ilə faiz dərəcələri fantastik hədlərə yüksəlməkdədir.
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları - REKORD HƏDDƏ ÇATDI
Belə ki, əmanət faizlərinin dərəcəsi 50%-ə yaxınlaşır, kredit faizləri isə 60%-i keçib.
FED.az xəbər verir ki, qardaş ölkədə dekabrın 1-də bitən həftədə Bank sektorunun cəmi depozitləri 19,6 milyard lirə artaraq 14 trilyon 585 milyard lirəyə çatarkən, depozit faizləri də yüzdə 49,3-ə yüksəldi.
Paralel olaraq Türkiyə banklarında kredit faizləri də yüksəlib. Belə ki, kommersiya krediti üzrə faiz dərəcələri 2002-ci ildən bu yana keçən həftə əldə edilən 52,2 faiz səviyyəsini keçərək 52,8 faizə yüksəldi.
Fərdi kreditlər üzrə faiz dərəcələrinin orta səviyyəsi isə 60 faizi keçərək 61,3 faizə çatıb.