Bir sıra sahələrə verilmiş kreditlərin risklərində müəyyən artım müşahidə olunur.
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov 2025-ci il üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, ticarət sahəsində qeyri-işlək kreditlərdə risklərdə artım müşahidə olunur:
"Aparılan təhlillər nəticəsində bu artımın sistem əhəmiyyətli olmaması qənaətinə gəlinib".













