Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50100967S seriyalı, 250 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az-ın Birjaya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 20 investor tərəfindən qiyməti 99,3812 manat (8,01%) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 942 374 100 manat olub.
AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99,3812 manat (8,01%), orta ölçülmüş qiyməti 99,3812 manat (8,01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 mln. manat təşkil edib.