Bu gün Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50101667S dövlət qeydiyyat nömrəli, 300 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 13 investor tərəfindən qiyməti 99,3812 manat (8,01%) olan 19 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 681 868 400 manat olub.
AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99,3812 manat (8,01%), orta ölçülmüş qiyməti 99,3812 manat (8,01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300 mln. manat təşkil edib.
Notların ödəmə tarixi 23 may 2018-ci ildir.