19 aprel 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC – nin AZ2027008682 ISIN-li, 20 mln manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, yerləşdirmə zamanı hərrac qiyməti 1000,00 AZN olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 23 mln manat təşkil edib. Bu da tələbin təklifi 15% üstələməsi deməkdir.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 000 000,00 manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 19 aprel 2040-ci ildir.