Bu ilin yanvarın 1-nə olan statistikaya görə, əhalinin əmanətlərinin 82-83%-i Azərbaycan banklarına 1 illik müddətinə yerləşdirilib.
"Əmanətlərin qaytarılması ilə bağlı ƏSF tərəfindən ədalətsiz fəaliyyət müşahidə olunmayıb"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
"İnsanları daha uzunmüddətli əmanət yerləşdirməsini stimullaşdıraq üçün AMB əhalinin əmanətlərindən əldə etdiyi gəlirin 10% dərəcə ilə vergiyə cəlb edilməsi təklif etdi", deyə Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, əhalinin əmanətlərindən əldə etdiyi gəlirin vergiyə cəlb edilməsi həmçinin həmin ölkəninn inkişafı ilə bağlıdır.
Sədr öz çıxışında əlavə edib ki, "Digər tərəfdən, əmanətçilərin 72-75 %-i isə 30 min manata qədər əmanət yerləşdirənlərdir. Onları da uzunmüddətli əmanət yerləşdirməyə təşviq etmək üçün təklif etdik ki, onların miniumum 18 ay müddətinə yerləşdirdiyi əmanətlər vergidən azad edilsin".