Maliyyə hesabatlarının düzgünlüyü və sığorta sektorunda şəffaflığın artırılması üçün audit şirkətlərinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
2020-2024-cü illər üzrə sığorta şirkətlərinin auditor seçimləri arasında müxtəlif dəyişikliklər olub.
Qeyd olunan dövrdə sığorta şirkətlərinin çoxunun aditorları dəyişib. Belə ki, 17 sığorta şirkətindən 10-u son 2 ildə auditlərini başqa şirkətlərə etdirsələr də, 7 sığorta şirkəti eyni audirotu seçib.
FED.AZ-ın araşdırması zamanı məlum olub ki, “Grant Thornton” MMC və sərbəst auditor Süleymanov İlham Süleyman oğlu 2024-cü ildə bir çox sığorta şirkəti tərəfindən seçilən auditorlar olub. Hər iki auditor 3 sığorta şirkətini audit edib.
2023-cü ildə sığorta şirkətlərinin bir çoxunu audit edən “Caspian Consulting and Partners” MMC bu il müştərilərinin bəzilərini itirib. “Qala Sığorta” ASC və “Qala Həyat Sığorta” ASC 2023-cü ildə bu audit şirkəti ilə işləsə də, ötən il audit işlərini “İATC” MMC-ə həvalə edib.
2024-cü ildə “Meqa Sığorta” və “Meqa Həyat Sığora” ASC-ləri “Grant Thornton” MMC-dən imtina edərək audit işlərini sərbəst auditor Süleymanov İlham Süleyman oğluna tapşırıb. Ötən il bu sərbəst auditor ilə əməkdaşlıq edən digər şirkət isə “Aqrar Sığorta Müştərək Sığorta” şirkəti ASC olub. 2023-cü ildə ASC-ni "Fchain Audit" MMC audit etmişdi.
“A-Qroup Sığorta Şirkəti” ASC və “Paşa Sığorta” ASC son iki ildir “Caspian Consulting and Partners” MMC ilə əməkdaşlıq edir. “Atəşgah Sığorta” ASC və “Atəşgah Həyat Sığorta” ASC da 2023-2024-cü illərdə eyni şirkət - “Grant Thornton” MMC ilə işlərinə davam etdirib. Bununla yanaşı, son iki ildə “Paşa Həyat Sığorta” ASC "KPMG Audit Azerbaijan" MMC ilə, “Azərbaycan Sənaye Sığorta” ASC “Economik CHA” MMC ilə, “Xalq Həyat Sığorta” ASC “ANR Audit” MMC ilə əməkdaşlığını davam etdirir.
Sığorta şirkətləri arasında 5 şirkət var ki, son 5 ildə cəmi bir dəfə auditorlarını dəyişib. “A-Qroup Sığorta Şirkəti” ASC-ni 2020-2021 və 2023-2024-cü illərdə “Caspian Consulting and Partners” MMC yoxlasa da, 2022-ci ildə ASC-nin auditoru "Elviaudit” MMC olub. “Azərbaycan Sənaye Sığorta” ASC 2020-2021 və 2023-2024-cü illərdə “Economik CHA” MMC ilə əməkdaşlıq edib, amma 2022-ci ildə sığorta şirkətini Sərbəst auditor Abbasov Çingiz Abbas oğlu yoxlayıb.
“Xalq Sığorta” ASC 2020-2022 və 2024-cü illərdə audit işlərini “ANR Audit” MMC-ə tapşırsa da, 2023-dü ildə “TNM Audit” MMC ilə əməkdaşlıq edib. “Paşa Sığorta” ASC də 2020-2021 və 2023-2024-cü illərdə “Caspian Consulting and Partners” MMC-ni seçsə də, 2022-ci ildə audit yoxlamasını "Ekspert Finans Konslating" MMC-ə verib. “Xalq Həyat Sığorta” ASC 2020 və 2022-2024-cü illərdə işlərini “ANR Audit” MMC ilə işləyib, şirkət 2021-ci ildə isə “TNM Audit” MMC ilə müqavilə bağlayıb.
Qeyd edək ki, beynəlxalq korporativ idarəetmə standartlarında bir maliyyə qurumunu ardıcıl olaraq bir neçə il eyni audit şirkətinə etibar etməsi sığorta şirkəti üçün müəyyən risklər yarada bilər. Sığorta şirkəti ilə audit şirkəti arasında uzunmüddətli əməkdaşlıq nəticəsində auditorun müstəqilliyi və obyektivliyi zəifləyə bilər. Auditor zamanla sığorta şirkətinin daxili proseslərinə həddən artıq alışdığı üçün diqqətlilik səviyyəsi aşağı düşə, risklər və uyğunsuzluqlar əvvəlki kimi sərt və obyektiv qiymətləndirilməyə bilər. Bu vəziyyət “tanınmışlıq effekti” (familiarity threat) adlanır və audit keyfiyyətinə birbaşa mənfi təsir göstərir. Uzun müddət eyni audit şirkətindən xidmət alınması maraqlar toqquşması riskini də yaradır. Bu isə sığorta şirkətinin maliyyə hesabatlarının şəffaflığına və etibarlılığına xələl gətirə bilər.
Sığorta şirkətlərinin auditorlarını dəyişməsi və auditor seçimindəki fəallıq onların maliyyə hesabatlarının dəqiqliyinə və şəffaflığına daha çox diqqət ayırdığını göstərir.
2020-2024-cü illər ərzində sığorta şirkətlərnin auditorları aşağıdakı cədvəldə daha detallı göstərilib:
| S/N | Sığorta şirkətləri | 2020 | 2021 | 2022 | 2023 | 2024 |
| 1 | A-Qroup Sığorta | "Caspian Consulting and Partners" MMC | "Caspian Consulting and Partners MMС | "Elviaudit" MMC | "Caspian Consulting and Partners MMС | "Caspian Consulting and Partners MMС |
| 2 | AtaSığorta | "Analitik-Audit Konsaltinq" MMC | "S.L.S Audit Consulting Xidmoti" MMC | "KH.J.A Audit Consultinq Xidməti" MMC | "KH.J.A Audit Consultinq Xidməti" MMC | "NZA Audit" MMC |
| 3 | Atəşgah Sığorta | "invest Finance" MMC | "invest Finance" MMC | "L.B. Audit Xidməti" MMC | "Grant Thornton Azerbaijan" MMC | "Grant Thornton Azerbaijan" MMC |
| 4 | İpək Yolu Sığorta | “M&J Konsaltinq” MMC | "Mənd J Konasltinq" MMC | “Audit Consulting 17” MMC | "KF Audit" MMC | "Reanda Azərbaycan" MMC |
| 5 | Azərbaycan Sənaye Sığorta | "Economic CHA" MMC | "Economic CHA" MMC | Sərbəst auditor Abbasov Çingiz Abbas oğlu |
"Economic CHA" MMC | "Economic CHA" MMC |
| 6 | AzSığorta | "Economic CHA" MMC | "Economic CHA" MMC | "Mənd J Konasltinq" MMC | "KF Audit" MMC | "Mənd J Konasltinq" MMC |
| 7 | Meqa Sığorta | "Smart Audit" MMC | "Business Consulting Company" | "Grant Thornton Azerbaijan" MMC | "Grant Thornton Azerbaijan" MMC | Sərbəst auditor Süleyman İlham Süleyman oğlu |
| 8 | Qala Sığorta | Sərbəst auditor İbrahimov Elnur Elxan oğlu |
"Caspian Consulting and Partners" MMC | "Caspian Consulting and Partners" MMC | "Caspian Consulting and Partners" MMC | "İATC" MMC |
| 9 | Xalq Sığorta | "ANR Audit" MMC | "ANR Audit" MMC | "ANR Audit" MMC | "TNM Audit" MMC | "ANR Audit" MMC |
| 10 | Paşa Sığorta | "Caspian Consulting and Partners MMС | "Caspian Consulting and Partners MMС | "Ekspert Finans Konslating" MMC | "Caspian Consulting and Partners MMС | "Caspian Consulting and Partners MMС |
| 11 | Qala Həyat Sığorta | Sərbəst auditor İbrahimov Elnur Elxan oğlu |
"Caspian Consulting and Partners MMС | "Caspian Consulting and Partners MMС | "Caspian Consulting and Partners MMС | "İATC" MMC |
| 12 | Paşa Həyat Sığorta | Ernst & Young Holdings (CIS) B.V | Ernst & Young Holdings (CIS) B.V | Ernst & Young Holdings (CIS) B.V | "KPMG Audit Azerbaijan" LLC | "KPMG Audit Azerbaijan" LLC |
| 13 | Xalq Həyat Sığorta | "ANR Audit" MMC | "TNM Audit" MMC | "ANR Audit" MMC | "ANR Audit" MMC | "ANR Audit" MMC |
| 14 | AzRe Təkrarsığorta | "PWC Azerbaijan" MMC | "PWC Azerbaijan" MMC | "PWC Azerbaijan" MMC | Sərbəst auditor İbrahimov Elnur Elxan oğlu |
"Grant Thornton Azerbaijan" MMC |
| 15 | Aqrar Sığorta Müştərək Sığorta Şirkəti | "Moore Azerbaijan" MMC | "Moore Azerbaijan" MMC | "Moore Azerbaijan" MMC | "Fchain Audit" MMC | Sərbəst auditor Süleymanov İlham Süleyman oğlu "Tax Audit" MMC |
| 16 | Meqa Həyat Sığorta | 2021-ci ildə lisenziya verilib. | "Business Consulting Company" | "Grant Thornton Azerbaijan" MMC | "Grant Thornton Azerbaijan" MMC | Sərbəst auditor Süleymanov İlham Süleyman oğlu "Tax Audit" MMC |
| 17 | Atəşgah Həyat Sığorta | "invest Finance" MMC | "invest Finance" MMC | "L.B. Audit Xidməti" MMC | "Grant Thornton Azerbaijan" MMC | "Grant Thornton Azerbaijan" MMC |










