Bu ilin yanvar-may ayları ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən verilən kreditlərin layihə sayı üzrə 99,9 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür.
Bu il Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlərin həcmi - AÇIQLANDI
FED.az xəbər verir ki, fondun məlumatına görə, hesabat dövründə güzəştli kreditlərin sahibkarlıq subyektləri üzrə bölgüsündə mikro sahibkarların payı 97,3 faiz, kiçik sahibkarların payı 1,9 faiz, orta sahibkarlıq subyektlərinin payı isə 0,7 faiz təşkil edib.
Xatırladaq ki, cari ilin ilk beş ayı ərzində Fond tərəfindən 2261 layihənin maliyyələşdirilməsinə 83,4 milyon manat güzəştli kredit verilib ki, bunun hesabına 1223 yeni iş yerinin yaradılması nəzərdə tutulub.