COP29 ərəfəsində ölkəyə xarici qonaqların axını olacaq və bu zaman valyuta baxımından hər hansı bir çətinliyin yaranacağını gözləmirik.
FED.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
O bildirib ki, valyuta alış-satışında hər hansı bir çətinlik yaranmaması üçün banklarla da görüşəcəyik. Həm manat mövqeyi, həm də valyuta baxımından banklarımızın hər hansı bir çətinliyi yoxdur.
COP29 ərəfəsi valyuta ilə bağlı gələn həftənin 1-ci günü banklar ilə görüşəcəyik. Qeyd edim ki, kifayət qədər valyutadəyişmə məntəqələrimiz var.