"Qarabağ Dirçəliş Fondunun vəsaitlərinin saxlanılması və idarə edilməsi haqqında" Qaydalar hazırlanacaq.
FED.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, artıq bununla bağlı hazırlıqlara başlanılıb. Qaydaların gələn ilin I yarısının sonuna qədər hazır olması nəzərdə tutulur.
Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Fond işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. (Report)