Nyu-York Fond Birjasında (NYSE) bu gün keçirilən hərrac zamanı başlıca indekslər müxtəlif cür dəyişib.
FED.az xəbər verir ki, buna səbəb ABŞ iqtisadiyyatı üçün yeni dəstək paketi gözləntiləridir.
Belə ki, “Dow Jones” sənaye indeksi 0,2 faiz artaraq 31 437,8 bəndə, “S & P 500” indeksi 0,03 faiz enərək 3 909,88 bəndə, “Nasdaq” elektron birja indeksi də 0,25 faiz azalaraq 13 972,53 bəndə çatıb.
Nyu-York Əmtəə Birjasında “WTI” markalı nefti 0,02 faiz bahalaşaraq 58,39 ABŞ dollarından satılıb.