Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
Komitədən FED.az-a verilən məlumata görə, hərracda kiçik dövlət müəssisəsi və nəqliyyat vasitələri özəlləşdirilib.
Qeyd edək ki, özəlləşdirilən əmlaklar Bakı şəhərində yerləşir. Özəlləşən əmlaklar biznes obyekti olmaqla investor üçün əlverişli gəlir mənbəyidir. Budəfəki hərracda da özəlləşən Yardımçı təsərrüfat da sərmayəçi üçün mənfəətli əmlakdır. Bakının Sabunçu rayonunda yerləşən həmin əmlakın ümumi faydalı sahəsi 3 min kv.m-ə yaxın, torpaq sahəsi isə 60 min kv.m dən çoxdur. Obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilib.
Budəfəki hərracda Rusiya istehsalı olan QAZ-3307 markalı avtomobil özəlləşdirilib.