23 may 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
| 
			 Dövlət qeydiyyat №-si  | 
			
			 50102067S  | 
		
| 
			 Hərraca çıxarılan həcm  | 
			
			 300 000 000 AZN  | 
		
| 
			 Notun nominal dəyəri  | 
			
			 100 АZN  | 
		
| 
			 Notların tədavül müddəti  | 
			
			 28 gün  | 
		
| 
			 Ödəmə tarixi  | 
			
			 20.06.2018  | 
		
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.
Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.


            
                            
                            
                        
                
                
                
                
                
                
                
                
                
                
                
                







