2023-cü ilin dövlət büdcəsində neftin qiymətinə dəyişiklik edilə bilər.
2023-cü ilin büdcəsində - HANSI XƏRCLƏR ARTIRILACAQ?
FED.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, neftin qiymətinə dəyişiklik üçün əsaslar var: “Dəyişiklik edilə bilər. Hesab edirik ki, bunun üçün əsaslar var”.
Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 dollardır. (Apa)