2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 343,3 milyon manatı və yaxud 0,9 %-i Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşəcək.
Maliyyə Nazirliyi 1,1 milyard manatdan çox kəsiri olan büdcə haqqında məlumatları - AÇIQLADI
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 24,2 % azdır.
Naxçıvana dotasiya ümumi dövlət xidməti xərclərinin 7,1 %-ni təşkil edəcək.