Beynəlxalq reytinq agentliyi Moody's İsrail hökumətinin uzunmüddətli xarici və yerli valyutada emitent reytinqini mənfi proqnozla "A2" səviyyəsinə endirib.
"McDonald's-ın İslam dünyasında satış artımı şirkətin İsrailə verdiyi dəstək səbəbindən yavaşlayıb"
FED.az xəbər verir ki, bu barədə məlumat Moody's-ın saytında dərc olunub.
"Moody's İsrail hökumətinin xarici və milli valyutalarda reytinqini "A1"dən "A2"-yə endirib. Proqnoz mənfidir", - məlumatda deyilir.
Qeyd edilib ki, reytinqin aşağı salınması qərarı Qəzza zolağında döyüşlər səbəbindən İsraildə təhlükəsizlik səviyyəsinin zəifləməsi və ölkənin şimalında Hizbullah qruplaşması ilə münaqişənin gərginləşməsi riski ilə bağlıdır.
2023-cü ilin oktyabrında Moody's İsrailin suveren reytinqinə yenidən baxmağa başladığını elan edib.
Ötən il oktyabrın 7-dən Fələstinin HƏMAS qrupu ilə İsrail arasında vəziyyət kəskin şəkildə pisləşib. (Marja)