2025-ci ilin Avqust ayında Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 58,7 milyon dollar artaraq 29.08.2025-ci il tarixində 11 milyard 249,9 min dollara çatıb.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
31.07.2025-ci il tarixində Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 11 milyard 191.2 milyon dollar təşkil etmişdi.
2025-ci ilin 8 ayı ərzində (yanvar-avqust) Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 289,9 milyon dollar artıb. 2024-cü ilin sonunda ehtiyatlar 10 milyard 959.5 milyon dollar təşkil etmişdi.
Rəsmi valyuta ehtiyatları (milyon ABŞ dolları ilə)
29.08.2025 11249.4
31.07.2025 11191.2
30.06.2025 11153.9
30.05.2025 11094.6
30.04.2025 11062.5
31.03.2025 11026.5
28.02.2025 10991.8
31.01.2025 10988.5
29.12.2024 10959.5