"Hal-hazırda dövriyyədə olan dollarların köhnəsi və təzəsi yoxdur".
FED.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankın sədri Taleh Kazımov 31 yanvar tarixində keçirilən mətbuat konfransında bildirib.
O bildirib ki, köhnə və təzə dollar bəzi nüanslara görə təsnifləndirilir. Sözügedən nüanslara istehsal ili və kağızın rəngi daxildir.
"2006-cı ilə qədər və həmin tarixdən sonra istehsal olunan bütün dollarlar dövriyyəyə qəbul olunur və qəbulunda heç bir problem yoxdur. Bu məsələni kimsə qaldırıb və əhali köhnə dolları banklardan götürməməyə başlayıb. Nəticədə banklarda köhnə dollar yığılır. Bank yığılmış köhnə dollarları xaricə göndərir və əlavə komissiya ödəyərək təzə dollar sifariş verir. Burada hər hansı ciddi problem yoxdur"- deyə sədr vurğulayıb.