Valyuta kreditlərinin payı 19%-ə enib, bu da tarixi minimumdur.
Azad edilmiş ərazilərdə sahibkarlara verilən kreditlərin 90 %-i dövlət zəmanəti ilə - TƏMİN OLUNACAQ
FED.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Mərkəzi Bankın sədri Taleh Kazımov deyib ki, valyuta kreditlərinin payı 19%-ə enib, bu da tarixi minimumdur.
Taleh Kazımov bildirib ki, bank sektorunun dayanıqlılığı diqqətdə saxlanılır.
O qeyd edib ki, hazırda sektorda kapital mövqeyi minimum tələbi iki dəfə üstələyir: “Bu dövrdə sahibkarların maliyyəyə çıxışı genişləndirilir. 9 ayda kredit portfelimiz 14 %, biznes kreditləri isə 11 % artıb. Biznes kreditləri ümumi kredit portfelinin 54 %-ni təşkil edir. Valyuta kreditlərinin payı 19 %-ə enib, bu da tarixi minimumdur. Kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Qeyri-işlək kredit portfeli 3,5 % səviyyəsinə enib. Bank sektoruna və manata inam artıb. Cari 9 ayda milli valyutada əhalinin əmanətləri 15,6 % və ya 1,1 milyard manat artaraq 8 milyard manat təşkil edib”. (Apa)