Bu gün depozitlərin 82 %-i bir ilədək olan əmanətlədir. Bu da bankların uzun müddətli biznes kreditləri verilməsinə mane olur.
"Azərbaycanda banklararası təminatsız bazarın həcmi 6 dəfə artıb"
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
AMB sədri bildirib ki, fevral ayında vergi güzəşti vaxtı bitəndən sonra 30 minədək olan depozitlərin artım tempi azalıb: “Dəyişiklik layihəsində məhz bu seqmentin stimullaşdırılması nəzərdə tutulur. Fiziki şəxslərin əmanətlərin vergiyə cəlb edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir”.
Taleh Kazımov qeyd edib ki, kapital bazarlarında 9 ayda fond birjası 37,1 % artıb: “Ölkədə nağdsız ödənişlərin artırılması siyasətimizin əsasını təşkil edir. Sırf belə ödənişlərin sayı 2,3 dəfə artıb. Keçən həftədən banklararası kartlarla olan əməliyyatlara komissiya haqları azaldılıb”. (Apa)