Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi milli ödəniş sistemi olan Ani Ödənişlər Sistemi (Ani Pay) ilə aparılan əməliyyatların sayı və məbləği açıqlanıb.
Eləcə də bax: Banklar əmanətlər üzrə daha çox - FAİZ ÖDƏYİB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın bildirdiyinə görə, sentyabr ayında da 26 milyon manatlıq ödəniş əməliyyatı aparılıb. Bu məbləğin baş tutması üçün isə 11 min ədəd əməliyyat aparılıb.
Beləliklə, 2020-ci ilin oktyabrında işə salınan bu ödəniş sistemi ilə indiyə qədər 217 milyon manat, ilin əvvəlindən isə 169 milyon manatlıq əməliyyat aparılıb.
AÖS fiziki və hüquqi şəxslər üçün hər yerdə, hər zaman əlçatan olması və əməliyyatlar üzrə tam hesablaşmaların 24/7/365 rejimində ödənişlərin həyata keçirildiyi anda başa çatdırılır. Bu sistemdə vəsaiti ödəyənlə vəsaiti alan arasında aparılan hesablaşmalar 5-20 saniyə ərzində hər iki tərəfin xəbərdarlıq alması ilə tam başa çatdırılır. Sistemdə aparılan əməliyyatlar üzrə autentifikasiya, avtorizasiya, klirinq və hesablaşmalar vahid tranzaksiya formatında real rejimdə həyata keçirilir.
AÖS-də əməliyyatlar milli (Azərbaycan Manatı – AZN) valyutada aparılır. Müştəri hesabının milli valyutadan kənar hər hansı valyutada olması halında ödəniş üzrə banklar tərəfindən günün məzənnəsinə uyğun olaraq konvertasiya icra olunur.
AÖS ilə aparılan əməliyyat həcmləri | |
Tarix | mln. AZN |
Oktyabr 2020 | 14 |
Noyabr | 17 |
Dekabr | 17 |
Yanvar 2021 | 15 |
Fevral | 13 |
Mart | 15 |
Aprel | 21 |
May | 15 |
Iyun | 18 |
iyul | 20 |
avqust | 26 |
sentyabr | 26 |
Cari ildə | 169 |
Yarandığı gündən | 217 |