Mərkəzi Bank "Payriff" QSC-yə icrası məcburi olan göstərişin verilməsi barədə məlumat yayıb.
AMB “Sevinc Kredit İttifaqı"na icrası məcburi göstəriş verib
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Azərbaycan Mərkəzi Bankının “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 3.2-ci və 4.2-ci bəndləri ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, bundan əlavə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq "Payriff" QSC-yə icrası məcburi olan göstəriş verilib.