Azərbaycan Mərkəzi Bankı (AMB) “Baku Pay" MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.
Mərkəzi Bank bu şirkətlərə də elektron pul təşkilatı üzrə - LİSENZİYA VERDİ
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.
"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə AMB bəyan edib.