Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 30 milyard 861,987 milyon manat təşkil edib.
AMB ötən ili 64 milyon manat - ZƏRƏRLƏ BİTİRİB
FED.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 16,85 % çoxdur.
AMB-nin aktivlərinin 22 milyard 019,990 milyon manatını borc qiymətli kağızları (illik müqayisədə 26,8 % çox), 6 milyard 583,022 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri (3,7 % az), 1 milyard 196,216 milyon manatını Beynəlxalq Valyuta Fondu (IMF) ilə hesablaşmalar (4,9 % az), 288,889 milyon manatını isə banklara verilmiş kreditlər (18,9 % az) təşkil edib.
2022-ci ildə AMB-nin öhdəlikləri 18,4 % artaraq 29 milyard 881,196 milyon manat, o cümlədən dövriyyədə olan əskinaslarının və sikkələrinin dəyəri 19,5 % artaraq 14 milyard 714,36 milyon manat, kredit təşkilatları qarşısında öhdəlikləri 17,1 % azalaraq 6 milyard 169,718 milyon manat, hökumət idarələri qarşısında öhdəlikləri 6,9 % artaraq 4 milyard 280,227 milyon manat, IMF ilə əməliyyatlar üzrə öhdəlikləri isə 4,9 % azalaraq 1 milyard 199,372 milyon manat olub.
İl ərzində qurumun balans kapitalı 16,2 % azalaraq 980,791 milyon manata düşüb, nizamnamə kapitalı isə dəyişməyərək 500 milyon manat qalıb. (Report)