Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.
AMB-dən FED.az-a verilən xəbərə görə, yanvarın 22-də keçiriləcək hibrid depozit hərracında 250 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.
Depozit hərracının müddəti 14 gün təşkil edir.
"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01 - 14,99% təşkil edir.