Oktyabrın 9-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105015694 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Birjadan FED.az-a verilən məlumata görə, hərrac zamanı 6 investor tərəfindən qiyməti intervalı 93.0697 AZN (12.0000%) və 101.8365 AZN (7.0000%) olan 10 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.1817 AZN (7.9000%), orta ölçülmüş qiyməti 101.8035 AZN (7.0177%) müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 43 802 500 manat, yerləşdirilmiş həcmi isə 30 mln manat təşkil edib. Başqa sözlə, istiqrazlar üçün verilən sifarişlər təklifdən cəmi 45% artıq olub.
İstiqrazların ödəmə tarixi 06.10.2020-ci il.
Maliyyə Nazirliyinin istiqrazlarına maraq azaldı - HƏRRAC
19:20
9 Okt 2018