“Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0106003756 ISIN kodlu, tədavül müddəti 1092 gün olan 15 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, nazirliyin məlumatına görə, AZ0106003756 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 25 milyon manat təşkil edib. Maliyyə Nazirliyi tərəfindən 15 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.0776 (gəlirlilik 8.9699 faiz) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 2022-ci il fevralın 22-sidir.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.