Maliyyə Nazirliyi təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsü 5 iş günü ərzində büdcə təşkilatlarına çatdırılacaq.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərarında əks olunub.
Qeyd edək ki, bundan əvvəl Maliyyə Nazirliyi təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsünü 1 ay ərzində çatdırırdı.
Bu qərar gələn il yanvarın 1-dən qüvvəyə minir.