Azərbaycanda gələn ildən təbiq ediləcək vergi-gömrük güzəştləri üzrə illik gəlirlər illik itkilərdən çox olacaq.
Azərbaycanda əhalinin mədəniyyət müəssisələrinə ödədiyi ƏDV-nin 50 %-i geri qaytarılacaq
FED.az xəbər verir ki, bunu Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ildə 20,9 milyon manat, Dövlət Gömrük Komitəsi isə ildə 2,9 milyon manat itki ilə üzləşəcək: "Son nəticədə ümumi illik itki 23,8 milyon manat təşkil edəcək. Gəlir isə 32,6 milyon manat olacaq ki, bu da yekunda büdcəyə 8,7 milyon manat əlavə vəsaitin daxil olmasını təmin edəcək". (Report)