Maliyyə Nazirliyi problemli kreditlərlə bağlı vətəndaşların suallarını cavablandırmağa başlayıb. FED.az xəbər verir ki, bunun üçün nazirliyin internet səhifəsində problemli kreditlər və vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirilməsi üçün xüsusi bölmə fəaliyyətə başlayıb. Vətəndaşlar buradan suallarını nazirliyə ünvanlaya bilərlər.
Bununla yanaşı, bölmədə fiziki şəxslərin problemli kreditlərinin həll edilməsi ilə bağlı ən çox səslənən sualların cavabları da yerləşdirilib.FED.az Maliyyə Nazirliyinə istinadən problemli kreditlərlə bağlı ən çox səslənən sualları və onlara cavabları təqdim edir.