Bu il oktyabrın 1-nə Maliyyə Nazirliyinin Dövlət Neft Fonduna (ARDNF) idarəetməyə verdiyi vəsaitin məbləği 777,744 milyon ABŞ dolları təşkil edib.
Neft Fondu vəsaitlərinin gəlirliliyini artıracaq
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə rəydə bildirilib.
Sənədə əsasən, bu, ilin əvvəli ilə müqayisədə 278,028 milyon dollar və yaxud 55,6 % çoxdur.
Yanvar-sentyabr aylarında Maliyyə Nazirliyi ARDNF-in hesabına 54,214 milyon dollar və yaxud idarəetmədə olan vəsaitinin 3,8 %-i qədər gəlir əldə edib. (Report)