Koronavirus pul göndərişləri sisteminin işinə də öz təsirini göstərib. Çoxsaylı pul köçürmə sistemlərinin müştəriləri Çində köçürmələri qəbul etməkdə çətinlik çəkə bilərlər.
Eləcə də bax: Xüsusi rejim qərarından sonra işə getməyənlərin maaşları necə ödəniləcək? – ŞƏRH
FED.az məlumat verir ki, bu “Zolotaya korona” sisteminin müştəriləridir. Eləcə də Contact və Western Union pul köçürmə sistemlərindən istifadə edənlər də problemlər yaşaya bilərlər. Koronavirusun yayılması ilə əlaqədar olaraq Çindəki banklar pul köçürmələrinin nağd şəkildə həyata keçirildiyi filiallarını bağlayır, bu haqda RBK nəşrinə sistem nümayəndələri və əlaqə mərkəzinin operatorları məlumat verdilər.
Lakin, Western Union nümayəndəsi çətinliklərin maliyyə nəticələrini açıqlamaqdan imtina edib. “Zolotaya korona”nın Çindəki tərəfdaşlarının sayı azalmayıb. Lakin bütün nöqtələr müştərilərə xidmət etmir. Money Gram və Contact sistemlərindən isə Çində olan şöbələrdə hər hansı bir çətinliklərin yaşanması məsələsinə aydınlıq gətirməkdən imtina ediblər.
Daha sonra Contact-dan belə deyiblər: “Bu anda, Çinə köçürmələr həcmində sapmalar müşahidə etmirik, pul köçürmələri ilə bağlı problemlər barədə də məlumat daxil olmayıb”, – “Çindəki müştərilərimiz hələ də ortaq şirkətlərdən nağd pul köçürmələrini, eləcə də kart və ya hesablara köçürmələri ala bilir. Vəziyyəti yaxından izləyirik və hazırda Çində və ya virusun yayıldığı digər ölkələrdə işlərini dayandırmağı planlaşdırmırıq”.
Mühasibat