"Azərbaycanda bu ilin əvvəlindən tətbiq olunan yeni vergi qanunvericiliyi könüllü vergi ödəmələrini nəzərəçarpacaq dərəcədə artırıb".
FED.az xəbər verir ki, bunu AZTV-nin "Günün nəbzi" verilişində vergilər naziri Mikayıl Cabbarov bildirib.
"Son nəticədə vergi daxilolmaları proqnozu üstələyir. Əgər bu ilin I rübünün yekununda proqnoz tapşırığında nəzərdə tutulandan 150 milyon manat çox vergi toplanmışdısa, ilin ilk 4 ayı üzrə əlavə yığım 200 milyon manat olub. Bu da vergi yükünün azaldılması, vergi ödəyicilərə eyni yanaşılması, qanunda nəzərdə tutulan vergi güzəştlərinin tam həcmdə tətbiq edilməsi ilə bağlıdır", - deyə nazir qeyd edib.
Eləcə də bax: "Biznes sahibləri şüurlu şəkildə "kölgəyə çəkilməyə" üstünlük veriblər"