2024-cü ilin birinci yarımilliyi üzrə dövlət büdcəsinin gəlirləri 16 milyard 940,6 milyon manat proqnoza qarşı 18 milyard 842,9 milyon manat təşkil edib.
FED.az bu barədə Maliyyə Nazirliyinə sitinadən xəbər verir.
Bu da proqnozla müqayisədə 1 milyard 902,3 milyon manat və ya 11,2 faiz çox, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 21,7 faiz və ya 3 milyard 363,0 milyon manat çoxdur.
2024-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərinin 8 milyard 282,4 milyon manatı və ya 44,0 faizi vergi daxilolmalarının, 6 milyard 390,5 milyon manatı və ya 33,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 3252,2 milyon manatı və ya 17,3 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 250,0 milyon manatı və ya 1,3 faizi Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından daxilolmaların, 241,5 milyon manatı və ya 1,3 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 17,8 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 408,5 milyon manatı və ya 2,2 faizi sair daxilolmaların payına düşür.