İtaliyanın Toskana və Florensiya bölgələrində rusiyalı sahibkarın ümumilikdə 41 milyon avro dəyərində aktivləri müsadirə edilib.
Peskov: "Onlar bizim pullarımızı oğurlayıb silah alınmasında istifadə edirlər"
FED.az xəbər verir ki, adı açıqlanmayan sahibkarın Toskana və Florensiyada dəbdəbəli villalar, daşınmaz əmlaka sərmayə qoyduğu bildirilir.
Rəsmi Kiyevin tələbi ilə İtaliya maliyyə polisi Florensiya Prokurorluğunun qərarı əsasında rusiyalı sahibkarın ümumilikdə 41 milyon avro dəyərində aktivlərini müsadirə edib. Onun mülkləri arasında “Torre del Gallo” adlı qala da var.
Həmin şəxslə bağlı Ukraynada korrupsiya, dövlət şirkətinə qarşı 60 milyon dollardan çox məbləğdə dələduzluq və çirkli pulların yuyulması cinayətləri ilə bağlı istintaq aparıldığı bildirilir. (Azərtac)