2024-cü il dövlət büdcəsinin yenidən baxılmış xərclərinin 39 milyard 742,3 milyon manat səviyyəsində olacağı gözlənilir.
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bu da ilkin proqnoz göstəriciyə nisbətən 8,1 faiz çoxdur.
Qeyd olunan 2 milyard 79,3 milyon manat məbləğində xərc artımının maliyyə təminatı 2024-cü il dövlət büdcəsinin gəlirlərinin 2 milyard 215,0 milyon manat, kəsirinin isə 764,3 milyon manat artırılması hesabına formalaşdırıləb.
Bununla yanaşı, dövlət büdcəsinin təsdiq olunmuş bəzi xərclərinin optimallaşdırılması hesabına büdcə xərcləri daxilində 851,8 milyon manat məbləğində əlavə maliyyə təminatı yaradılıb.