Azərbaycan Mərkəzi Bankı (AMB) vasitəsilə bu gün keçirilən növbəti valyuta hərracında Dövlət Neft Fondunun (ARDNF) satışa çıxardığı valyuta kütləsinin həcmi 50 milyon dollar təşkil edib.
ARDNF-dən istinadən verilən xəbərə görə, hərraca çıxarılmış vəsaitdən 49,4 milyon dollarlıq məbləğ 28 kommersiya bankına satılıb.
Bank dairələrindən əldə etdiyi məlumata görə, hərracda kommersiya banklarının valyuta tələbatının yalnız 9%-i ödənilib (tələb 550 milyon manata yaxın olub).
Məzənnənin sabah, avqustun 5-nə 1,5979 AZN/USD olacağını ehtimal edir. Dolların məzənnəsinin artım prosesinin önümüzdəki günlərdə davam edəcəyi gözlənilir.
Mənbə: Report