2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub.
FED.az xəbər verir ki, bunu Maliyyə Nazirliyinin mətubaut xidmətinin rəhbəri Mais Piriyev deyib.
Onun sözlərinə görə, “Büdcə sistemi haqqında” qanuna və “2019-cu il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 45s nömrəli 30 yanvar 2018-ci il tarixli sərəncamına uyğun olaraq 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub.
Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə əsasən, sentyabrın 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabineti layihəni müzakirə edərək baxılması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Finans.az