Maliyyə Nazirliyi ənənəvi olaraq 2025-ci ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi”ni hazırlayıb.
FED,az xəbər verir ki, «Bələdçi»də dövlət və icmal büdcələrin əsas parametrləri, büdcə layihəsinin necə hazırlanıb, təsdiq edilməsi prosesi, büdcə gəlirlərinin haradan, necə toplandığı və hansı sahələrə xərclənməsi barədə ətraflı əsas məlumatlar verilib.
«Büdcə Bələdçisi»ndə göstərilir ki, 2025-ci ildə büdcənin əsas xərcləri ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsinə, işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərinə, əhalinin sosial müdafiəsinə, təhsil, səhiyyə xərcləri və dövlət qurumlarına sərf ediləcək.
Büdcə şəffaflığının və hesabatlılığının artırılması istiqamətində son illərdə Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin tərkib hissəsi olan bu nəşr vətəndaşlara büdcə sahəsində bələdçilik edəcək, büdcənin daha asan və aydın şəkildə başa düşülməsində yardımçı olacaqdır.
“Vətəndaşın büdcə bələdçisi-2025”_1