11 iyul 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100470S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
FEd.az xəbər verir ki, hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01%) olan 25 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 658 milyon 685 min 500 manat olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000 000 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 08.08.2018